• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən pensiyaçılara şad xəbər

Nazirdən pensiyaçılara şad xəbər
05.11.2018 13:03
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır.

Anews.az Azvision-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

Nazir bildirib ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək: "Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”. 

S.Babayev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. 

"Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq. Xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Bu da Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib. 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir. Ümumilikdə, sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfər əhatə etməsi gözlənilir. Gələn il pensiya alanlar təxminən 1 milyon 294 min nəfər olaraq, sosial müavinət və təqaüd alan 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol