• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi

“Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi
05.11.2018 16:52
Hər zaman Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən "Nar”, Göyçayda keçirilmiş ənənəvi Nar festivalında aktiv iştirak edib. Mobil operator tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunan tədbir zamanı qurulmuş "Nar” çadırı ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. Nar bayramında iştirak edənlər "Nar” çadırına gələrək, mobil operator tərəfindən keçirilən tədbiri maraqla izləyib. "Nar” çadırında iştirakçılar üçün xüsusi müsabiqə təşkil edilib və qalib gələnlərə müasir telefonlar hədiyyə edilib. Abunəçilərə mobil operatorun ölkənin regionlarına göstərdiyi diqqəti, xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan və dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən "Yerlim” tarifi haqqında ətraflı məlumat verilib. Bundan başqa, "Nar” əməkdaşları tədbir iştirakçılarına mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2018-ci il ərzində  ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər. Tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin, "Nar” öz abunəçiləri üçün Nar bayramı ilə əlaqədar Göyçaya tur təşkil edib. Beləki,  mobil operatorun oktyabrın 30-da sosial mediada abunəçiləri arasında keçirdiyi müsabiqədə qalib gələn 20 nəfər, "Nar” əməkdaşları ilə birgə Göyçaya  səfər edib və "Nar” çadırında təşkil edilən tədbirlərdə aktiv iştirak ediblər. 

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir. 

"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.   
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol