• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumları avtomobillərini satışa çıxardı - Qiymətlər

Dövlət qurumları avtomobillərini satışa çıxardı - Qiymətlər
12.11.2018 16:29
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 11-də növbəti hərrac barədə elan verib. 

Anews.az xəbər verir ki, dövlət qurumlarının balansında olan maşınlar satışa çıxarılacaq.

Onların sırasında yer alan maşınlardan üçü Vergilər Nazirliyinin balansındadır. Siyahıda ən ucuz maşın 2007-ci ilə aid olan "Daewoo Nexia”dır. Onun ilkin satış qiyməti 2880 manat müəyyən edilib. "KİA Optima”lar (2005) isə 3600 manata satılır. 

Xüsusi Dövlət Mühafizə Xidmətinin balansında olan "Mitsubishi L-200” markalı maşının (2005) ilkin satış qiyməti beş min manatdır. 2006-cı ildə istehsal edilən "Mitsubishi Galant” isə 7 500 manata satılır. 

Hərracın ən baha maşını isə "Mercedes Benz S350”dir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin balansında olan maşın 30 min manata hərraca çıxarılıb. Avtomobil 2008-ci ildə istehsal edilib. 

Maşınları hərracda almaq üçün onların qabaqcadan dəyərinin 10%-i məbləğində beh ödənilməlidir. Sifarişlər  Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol