• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - Hesabınız oğurlana bilər

Sosial şəbəkə istifadəçilərinin nəzərinə! - Hesabınız oğurlana bilər
13.11.2018 15:58
Texnologiya hər ötən gün inkişaf etdikcə insanlar məsafədən asılı olmayaraq rahat ünsiyyət qurur. Lakin bu komfort özü ilə bir sıra təhlükələrə də yol açır. Bunlardan biri də şəxsi məlumatların və yazışmaların hakerlər tərəfindən ələ keçirilməsidir.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Özünü peşəkar adlandıran bu şəxslər ölkə ərazisində də çoxdur və bunu açıq şəkildə elan etməkdən də çəkinmir. Bu şəxslər hətta vətəndaşların mesaj bölümlərinə yazaraq sosial şəbəkə profilinin oğurlanması ilə bağlı təkliflər edir.

Quba sakini: "Ən çox sosial şəbəkələrdə alış-veriş qruplarında görmüşəm. İstifadə etməmişəm. Amma marağında olmuşam. Axtarmışam, soruşmuşam. Müəyyən qiymətlər olub. Məsələn ya kontur qarşılığında, ya da hansısa hesaba pul köçürülməsi yolu ilə”.

Sosial şəbəkələrdə şəxsi məlumatların oğurlanmasını sifariş edənlərə də az deyil. Bu şəxslər əməllərini həyata keçirmək üçün belə "hakerlərdən” yardım istəyir.

İT mütəxəssislər bildirir ki, aktiv internet istifadəçiləri daha diqqətli olmalı, profilllərini uzun şifrlərlə mühafizə etməlidir.

Cahid Əliyev – İT mütəxəssis: "Mümkün qədər 2 gedişli paroldan istifadə etsinlər. Yəni parol yazıldığı zaman telefonunuza kod gəlir. Həmin kodla hesabınıza giriş var”.

Belə fırıldaqla üzləşən şəxslər hüquq mühafizə orqanlarına şikayət edə bilər. Profilin oğurlanması, şəxsi məlumatların əldə edilməsinə görə cəzaya gəlincə:

Müşviq Mahmudov – Hüquqşunas: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsində yazışma, teleqraf sirrinin pozulmasına görə, məsuliyyət nəzərdə tutulur. Cərimə və 1 ilədək islah işləri cəzası gözləyir”.

Əksər insanlar bir gizli şifrəni bir neçə profildə və elektron poçtunda istifadə edir.

Belə olduqda internet fırıldaqçılarının işi rahatlaşmış olur. Mütəxəssislər tövsiyyə edir ki, hər elektron poçt və sosial şəbəkə profili üçün ayrı-ayrı şifrələr istifadə edilsin.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol