• $
  • €
  • ₽
  • ₺
  • £

Estetik əməliyyat zaman ölən Leyla ilə bağlı şok iddia: “Pərviz həkim qızın meyidinə qan köçürüb...”

Estetik əməliyyat zaman ölən Leyla ilə bağlı şok iddia: “Pərviz həkim qızın meyidinə qan köçürüb...”
15.11.2018 13:24
Bir neçə gün öncə yerli mətbuatda estetik cərrah Siruz Qoçxaninin həmkarı Pərviz Əhmədov haqda polisə şikayət etdiyi barədə xəbərlər yayıldı.

Belə ki, buna səbəb kimi S.Qoşxaninin əməliyyatlarından əvvəl və sonra çəkilən ona məxsus peşə fəaliyyətində xüsusi önəm kəsb edən şəkilləri icazəsiz və qanunsuz olaraq P.Əhmədovun ələ keçirməsi göstərilir.

Anews.az xəbər verir ki, Minval.info məsələ ilə bağlı Siruz həkimlə əlaqə saxlamağa çalışıb. Telefona cavab verən doktor köməkçisi şikayətin yalnız şəkildən ibarət olmadığını söyləyib və bizi vəkilə yönləndirib. O həmçinin deyib ki, S.Qoşxani hazırda xarici ölkələrdən birində səfərdədir.
S.Qoşxaninin vəkili Rasim Əlizadə mövzu ilə bağlı saytımıza açıqlama verib: "Hazırda məhkəmə ilə əlaqədar müəyyən sənədlər toplanılıb. Siruz doktorun gəlməsini gözləyirik. Başqa sənədlər də hazırlanmalıdır. S.Qoşxani haqda verilən açıqlamalar, sosial şəbəkələrdə Pərviz Əhmədov tərəfindən təhqiredici ifadələr işlədərək onun şərəf və ləyaqətinin alçaldılmasına yönəldilmiş çıxışları barədə məhkəmə orqanlarına müraciətlər hazırlanıb və aiddiyyatı üzrə göndərilməsinə qərar verilib. Bakı şəhər üzrə iki məhkəmə orqanına ayrılıqda – biri mülki iddia, digəri isə xüsusi ittiham qaydasında təqdim olunacaq. Pərviz Əhmədovun qanunsuzluq hərəkətlərinə dair tərəfimizdən müvafiq dövlət orqanlarına müraciətlər ünvanlanıb və yuxarı instansiyalar bunu nəzarətə götürərək araşdırmaya başlayıb”.

Vəkil qeyd edib ki, həmçinin model Leyla Orucovanın ölümü ilə bağlı Siruz Qoçxaninin barəsində irəli sürülən açıqlamalar da həkimin qəsdən əleyhinə yönəlib: "Mətbuatdakı məlumatların heç bir hüquqi əsası yoxdur. Ona görə ki, aidiyyatı üzrə prokurorluq orqanının bu barədə cinayət işinin başlanılmasının rədd edilməsi haqda qərarı var. Biz müvafiq qurumlara Leyla Orucovanın ölüm işinin yenilənməsi və meyitinin çıxarılıb bir daha baxılması ilə bağlı müraciət etmişik. Bizdə şübhəli məqamlardan biri odur ki, Pərviz Əhmədov həkimlər işdən çıxdıqdan sonra ölüm faktı gerçəkləşdiyi gün mərhumun bədəninə qan köçürüb və həmin qan nümunələrinin yoxlanılmayıb. Bunu P.Əhmədov törədibsə, hansı sifarişlə edib? Digər tərəfdən Leyla Orucovanın yaşam tərzinin ailəsinin qəbul etməməsi və bu hadisədən onların təəssüflənməməsi sonradan doktora qarşı kampaniyalar başlanması bizdə şübhələr yaratdı. Buna əsasən araşdırmanın aparılması ilə əlaqədar müraciət ünvanlanıb”.

Bir digər iddialara görə sözügedən iki şəxs bir yerdə bir müddət öncə əməliyyatlar həyata keçiriblər. Pərviz Əhmədov Leylanın ölümünə səbəb olan əməliyyatda anestezoloq olub. Bu hadisədən sonra onlar arasında münaqişənin yarandığı bildirilir. 
Bir digər məlumata görə isə, Pərviz Əhmmədov hazırda özünü aneztezioloq olaraq Dr. Pərviz adı ilə plastik əməliyyat icraçısı kimi sosial şəbəkələrdə tanıdır və S.Qoçqaninin əlindən müştərilərini alır. Bu isə tərəflər arasındakı münaqişəni daha da alovlandırır.
Nəticə isə gənc bir qızın heç bir günahı olmadan əməliyyat masasında həkim səhlənkarlığının qurbanı olmasıdır

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol