• $
  • €
  • ₽
  • ₺
  • £

Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdı

Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdı
16.11.2018 14:51
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Xatırladaq ki, Abel Məhərrəmov 1999-cu ilin yanvarında bu posta təyin edilib və 20 ilə yaxın bu vəzifədə çalışıb. Son vəzifə təyinatına qədər isə Kimya fakültəsinin dekanı olub.

Abel Məhərrəmovun işdən çıxarılmasına oğlunun səfir olduğu ölkəyə - İspaniyaya səfəri zamanı içki içməsinin və şərab daşımasının səbəb olduğu iddia edilir.

azxeber.com spirtli içkilərin qurbanı olan məmurlarla bağlı araşdırma aparıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı öz adına xaricdə şərab buraxdırmışdı. İddialara görə, sabiq Palata rəhbəri özünə aylıq 65 min AZN maaş yazaraq, qazandığı böyük pullardan öz şərab brendinin yaradılması üçün xeyli məsrəf ayırıb. Məhz bu və bu kimi fəaliyyət Rüfət Aslanlının sonunu gətirdi və ötən ayın 5-də vəzifəsindən azad edilib.

Sabiq Vergilər naziri Fazil Məmmədovun da spirtli içkiyə meylli olduğu deyilirdi. Hətta onun içkili telefonla danışmasına dair "youtube” kanalında video da yayılmışdı. Ötən ilin sonunda vəzifəsindən azad edilən Fazil Məmmədov hazırda bir çox xəstəliklərdən müalicə olunur və burada da spirtli içkilərin rolunun olması istisna deyil.

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovun İspaniya səfərinə gedərkən təyyarəni iki saat yubatması və həmin təyyarəyə tonlarla şərab yüklətdirməsi, Madriddə spirtli içki qəbul edərək, xoşagəlməz ifadələr işlətməsi onun sonunu gətirdi. Həra halda mətbuatda və sosial şəbəkələrdə davam edən müzakirələr bunu deməyə əsas verir.

Xətai, Nəsimi və Suraxı rayonlarının polis rəisi olmuş, polkovnik Məmməd Mikayılovun sərxoş vəziyyətdə sükan arxasına oturaraq, avtomobil idarə etməsi və buna görə, maşınının cərimə meydançasına aparılması ilə bağlı 2014-cü ildə rəsmi açıqlama yayılmışdı. Düzdür, həmin zaman polkovnik təqaüddə olsa da, bu məsələ geniş ictimai rezonans doğurdu.

Bütün hallarda spirtli içkilərin aşırı qəbulunun insan orqanizminə ziyan verməsi ilə bərabər davranışlarda da anormallıq yaratdığı həm müasir təbabətdə, həm də müqəddəs dinimizdə öz əksini tapıb. İctimai reputasiyalı insanlar, dövlət məmurları, deputatlar, ziyalılar bu kimi məsələlərdə xüsusilə ehtiyatlı olmalıdırlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol