• $
  • €
  • ₽
  • ₺
  • £

Zeytun yağı, qoz və badam qarışığının əfsanəvi faydaları

Zeytun yağı, qoz və badam qarışığının əfsanəvi faydaları
16.11.2018 20:30
Zeytun yağı, qoz və badam qarışığının faydaları haqqında hər hansı məlumatınız varmı?

Publika.az sizi bu möhtəşəm qarışığının faydaları ilə tanış edir.

Sağlıqsız qidalanma və gündəlik nizamsız hərəkət etmək kimi faktorlar bədənin sağlamlığına əks təsir göstərir. Xüsusilə, piylənmə və ürək xəstəliklərinin ortaya çıxmasına səbəb olur. Lakin bu problemlərin qarşısını evdə rahat şəkildə almaq olar.

Zeytun yağı, qoz və badam kimi Omeqa 3 yağ turşusu ilə zəngin olan qidalardan hazırlanan qarışıq ilə günə başlamağınız sizdə əfsanəvi dəyişikliklərə səbəb olacaq.

Faydaları:

Gün boyu vücudun enerji səviyyəsinin yüksək qalmasını təmin edir.

Qan-damar sisteminin işini tənzimlədiyi üçün ürəyin daha yaxşı işləməsini dəstəkləyir.

Hər üç qidada antioksidant olduğundan yemək borusu, mədə və bağırsaqlardakı zərərli maddələri bədəndən kənarlaşdırır. Beləcə, qəbzlik, izhal kimi xəstəliklərdən uzaq qalarsınız.

Qanda xolestrolun miqdarını tənzimləyir, eyni zamanda, qana təbii şəkəri əlavə edərək şəkərin səviyyəsinin artmasının qarşısını alır.

Qoz və badam lif baxımından zəngin olduğundan gün boyu toxluq hissi verərək artıq çəkilərdən qurtulmanıza səbəb olur.

Stress və depressiyadan uzaqlaşdırır.

Zeytun yağı bədəndəki gənc hüceyrə sayını çoxaldaraq yaşlanmanı gecikdirir. Qoz və badam isə dəri təbəqəsinin zədə görmüş hüceyrələrini bərpa edərək qırışıqlıq, sızanaq yaranmasının qarşısını alır.

Hazırlanması:

2 yemək qaşığı zeytun yağı

4 badam

2 qoz

Qoz və badamı yaxşıca əzərək zeytun yağı ilə qarışdırırsınız. Streçlə üzərini örtüb bir gün saxlayırsınız. Ertəsi gün səhər tezdən ac qarına iki qaşıq yeyirsiniz. Qarışığı hər gün hazırlamaq daha faydalı olar.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol