• $
  • €
  • ₽
  • ₺
  • £

Beş maşından oğrluq edən şəxslər tutuldu

Beş maşından oğrluq edən şəxslər tutuldu
16.11.2018 22:00
Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 14-nə keçən gecə rayon ərazisində "Hyundai”, "Mercedes” və "Baic” markalı 3 avtomobildən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlamaqda, həmçinin "Nissan” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanılıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbə ərazisində şirkətlərin birinə məxsus "Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib. Faktlarla bağlı araşdırmalar aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol