• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda qadına qarşı cinayət

Bakı metrosunda qadına qarşı cinayət
20.11.2018 12:38
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, noyabrın 19-da saat 9 radələrində metronun "Koroğlu” stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb.

Dərhal görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 14-də metronun "Əhmədli” stansiyasında Bakı şəhər sakini A.Hacıyevanın çantasından mobil telefonunun oğurlanması barədə daxil olmuş müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Səlimov olduğu müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol