• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovun milyonluq mülkləri: villalar, şadlıq sarayı...

Abel Məhərrəmovun milyonluq mülkləri: villalar, şadlıq sarayı...
20.11.2018 15:56
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Anews.az xəbər verir ki, unikal.org 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun təkcə Bakıda yaşaması üçün tikdirdiyi villaların sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı 2-dən çoxdur.

Binəqədidə Varovski deyilən ərazidə iki villası;

Quba rayonunda – 1 villası;

Xızı rayonunda – 1 villası;

Nabranda – 1 villası;

Şüvəlan qəsəbəsində – 1 villası;

Mərdəkan qəsəbəsində – 1 villası;

Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası;

Nərimanov rayonunda yerləşən – "Monaliza” şadlıq sarayı;

8 mikrorayonda restoranı. 

Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol