• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisinin axtardığı məşhur meyxanaçının yeni fotoları yayıldı

Bakı polisinin axtardığı məşhur meyxanaçının yeni fotoları yayıldı
21.11.2018 14:04
2015-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra görüntülənib.

Anews.az a24.az-a istinadən xəbər verir ki, meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən meyxanaçı 2013-cü ildən ailəsi ilə birlikdə Rusiyada yaşayır. Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

Xatırladaq ki, söz xiridarı barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov 2015-ci ilin yanvarından axtarışa verilib.

Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O, "Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol