• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslara qarşı reyd: 11 sürücü cərimələndi

Avtobuslara qarşı reyd: 11 sürücü cərimələndi
26.11.2018 20:30
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması ilə bağlı rayon avtovağzalında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçirilib, həmçinin qanunsuz sərnişindaşımanın qarşısını almaq məqsədilə reyd təşkil edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, görüşdə şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları Yol Hərəkəti Qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumatlar verilib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərədə tutulduğu diqqətə çatdırılıb. Görüş zamanı sürücülərin ünvanladığı suallar da ətraflı şəkildə cavablandırılıb.

Eyni zamanda sərnişindaşımada istifadə olunan iri və kiçik tutumlu avtobusların reysqabağı texniki müayinəsi aparılıb, sükan və əyləc sistemi yoxlanılıb. Xəttə çıxacaq sürücülərin tibbi müayinəsi keçirilib. Bundan əlavə Masallı RPŞ-nin Dövlət Yol Polisi bölməsi tərəfindən qanunsuz sərnişindaşımaların qarşısını almaq məqsədilə Dövlət Avtomobil Nəqiyyatı Xidmətinin əməkdaşları ilə birgə reyd təşkil olunub. 

Reyd zamanı müəyyən edilmiş texniki baxışdan keçməyən, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma qaydalarını pozan, eləcə də qeyd olunmuş nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası olmayan ümumilikdə 11 nəfər sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol