• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tanınmış vəfat etdi - FOTO

Azərbaycanlı tanınmış  vəfat etdi - FOTO
26.11.2018 15:33
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.


Unikal.org-un məlumatına görə, mineral xammalın kimyası və texnologiyası sahəsində tanınmış alim, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Mineral xammalın kompleks emalı şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Mübariz Məcid oğlu Əhmədov 73 yaşında vəfat edib.


Qeyd edək ki, M.Əhmədov 1945-ci il noyabrın 4-də Qazax rayonunda anadan olub.


Orta məktəbi bitirdikdən sonra 1962-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil alıb, 1970-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun əyani aspiranturasına daxil olub.


Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi kimi başlayan M.Əhmədov bu müəssisədə 1975-1986-cı illərdə böyük elmi işçi, 1986-2003-cu illərdə Kükürd tərkibli filizlərin kompleks emalı laboratoriyasının müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən indiyədək institutun Mineral xammalın kompleks emalı şöbəsinin rəhbəri idi. Alim 1991-1996-cı illərdə Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1996-2002-ci illərdə həmin institutun direktor vəzifəsinin icraçısı işləyib.
 



M.Əhmədov 1974-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1992-ci ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.


Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. Onun rəhbərliyi altında filizçay polimetal sulfid filizinin emalı zamanı alınan kükürd qazından kombinə edilmiş üsulla, eyni zamanda sərbəst kükürd və sulfad turşusu alınması istiqamətində nəzəri və təcrübi tədqiqatlar aparılıb.


Professor M.Əhmədovun araşdırmaların nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 400-dən çox elmi əsərdə və iki monoqrafiya öz əksini tapıb. Onun rəhbərliyi altında 21 elmlər namizədi və 1 elmlər doktoru hazırlanıb.


Alim elmi fəaliyyətlə yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərib. O, 2000-ci ildən indiyədək Bakı Dövlət Universitetinin Ümümi və Qeyri-üzvi kimya kafedrasının professoru idi.


AMEA-nın müxbir üzvü Mübariz Əhmədovun elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə "Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və "Əmək veteranı” medalı ilə təltif olunub. Bundan başqa, uzun illər səmərəli elmi fəaliyyətinə görə 2005-ci ildə "Şöhrət ordeni” ilə mükafatlandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol