• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarderlər kütləvi etirazla qarşılaşdı - 15 milyardlıq layihə ləğv edildi

Azərbaycanlı milyarderlər kütləvi etirazla qarşılaşdı - 15 milyardlıq layihə ləğv edildi
28.11.2018 14:56
Yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin Sankt-Peterburqdakı Beynəlmiləlçilər parkının ərazisində nəhəng ticarət mərkəzi və okeanarium inşa etmək planı baş tutmayıb.

Virtualaz.org xəbər verir ki, sakinlərin neçə vaxtdır davam edən etirazlarından sonra oliqarxlar ərazinin uzunmüddətli icarəsinə dair (investisiya yatırılması şərti ilə) müqaviləni ləğv etməli olublar.

Parkın ərazisini "Kiyevskaya ploşad” QSC-nin törəmə şirkəti olan "Optima” MMC adlı şirkət icarəyə götürmşüdü. "Kiyevskaya ploşad” QSC-nin sahibləri Qod Nisanov və Zarah İliyev, habelə cəmi bir il əvvələ qədər onların üçüncü ortağı İlham Rəhimov olub. Lakin ABŞ-ın Kremlə rusiyalı oliqarxlara qarşı sanksiya tətbiq etməyə başlamasından sonra İlham Rəhimov həmin şirkətdəki səhmlərin kürəkəni, Azərbaycan vətəndaşı Araz Mehdiyevin adına keçirib.

Beynəlmiləlçilər parkının ərazisində okeanarium tikmək planı 2013-cü ildə keçmiş qubernator Georgi Poltavçenkonun vaxtında təsdiqlənib. Oliqarxların planına əvvəlcə 3.5 milyard rubla başa gələcək okeanarium tikmək daxil idi. Bu obyekti 2017-ci ildə istifadəyə vermək nəzərdə tutulurdu. Lakin sonradan plan dəyişib. Oliqarxlar layihəni kommersiya baxımından daha sərfəli etmək üçün okeanariumla yanaşı parkın ərazisində ticarət mərkəzi, ekstremal idman zonası, kinoteatr da inşa etmək istəyib. Layihənin ümumi büdcəsi 15 milyard rubla qədər artıb. Developerlərin planına əsasən 190 min kvadratmetr sahənin cəmi 15 min kvadratmetri okeanarium üçün nəzərdə tutulurdu.

Lakin parkın yerləşdiyi rayonun sakinləri dəfələrlə bu plana qarşı çıxıblar, etiraz aksiyaları keçiriblər, prezident Vladimir Putinə yazıblar. Hətta şəhər miqyaslı referendum tələb ediblər. Referendum məsələsi şəhər Dumasında müzakirəyə çıxarılıb, amma yetərli dəstək qazanmayıb.

Nəhayət qubernator dəyişib və şəhər meriyasının investisiyalar üzrə Komitəsi "Optima” MMC-yə sakinlərin narazılığını nəzərə alaraq layihəyə yenidən baxmağı təklif edib. Və şirkət ərazinin icarəyə götürülməsinə dair müqavilənin pozulmasına razı olub.

"Fontanka” bildirir ki, bu haqda noyabrın 26-da elan ediblər.Şəhər meriyasının məmurları sakinlərlə bu məsələ ilə bağlı bir sıra görüşlər keçirib və onların narazılıqlarının şahidi olub. Bu görüşlərin nəticələri barədə investorlar məlumatlandırılıb. Komitədən bildiriblər ki, müqavilənin pozulması prosedurları noyabrın sonlarına qədər başa çatacaq.

"Əgər investorlar layihəni həyata keçirmək barədə prinsipial qərarlarını elan etsələr komitə alternativ ərazinin ayrılmasına hazırlıq üçün işlərə başlaya bilər”-Smolnıdan deyiblər.

Məlumata görə investorlar əraziyə müəyyən vəsait yatırmağa imkan tapmışdılar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol