• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evə görə yaşlı qadını küçələrə saldılar

Bakıda evə görə yaşlı qadını küçələrə saldılar
24.10.2014 10:05
“28 May” metrosunun çıxışının yanında daş üstə oturan, nimdaş əşyaları ətrafında bu zavallı nənəni görən onun halına acımaya bilməz. Əslən Ukraynadan olan Larisa nənə artıq 4 aydır ki, Bakı küçələrinin soyuq daşlarının daimi sakininə çevrilib. ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, müəmmalı olan məsələ isə əslində, 81 yaşlı nənənin evinin olmasıdır.Bəli, Larisa Kavunun, hətta evinin sənədləri də qaydasındadır. Larisa nənənin sözlərinə görə, onu səfil həyatına sürükləyənlər elə onun qapı qonşularıdır. Yaşlı nənə iddia edir ki, Xətai rayonu, Naximov küçəsi, ev 11, mənzil 523-də onun 3 otaqlı mənzilinə göz tikənlər az deyil. Elə həmin bu adamlar, onun evini tərk edib getməsinə, küçələrdə gecələməyinə səbəb olub. Ahıl qadın söyləyir ki, onu dəfələrlə hədələyiblər, hətta onu döyməyə belə cəhd edənlər olub ki, sən elə ölü kimisən, evinin olması nə gərəyinə. Bu səbəbdən o, küçələrdə gecələməyə, ondan-bundan yemək almaqla bu həyatda mövcudluğunu davam etdirməyə məcburdu.“Mən küçədə qalmışam. Bu insanlar nə edirlərsə, onların etdikləri cəzasız qalır. Məni it kimi qovurlar, polis ora-bura qovur. Hamı mənə səfil, bomj deyir. Baxın, mən bomjam ya yox?” – deyə evsiz qadın Larisa Kavun qeyd edib.Yaşlı qadının 2 oğlu var. Onun sözlərinə görə, hər iki oğlu Rusiyadadır. Birinin sağlamlığı pisdir. Bu səbəbdən onun köməyinə çatan yoxdur. Yaşlı qadının indi istəyi yalnız sahibi olduğu evinin özünə qaytarılması, qonşularının onu sakit buraxması və bu yaşında sakit yaşaya bilməsidir.“Mən onlara damımı dağıtdıqlarına görə, məni hədələdiklərinə görə çox şeyi bağışlamışdım. İndi mən onların cəzalarını almalarını istəyirəm” – deyə evsiz qadın Larisa Kavun bildirib. Hər halda, ümid edirik ki, bu ahıl qadının vəziyyətinə acıyan, ona köməklik edən olacaq və o, bu yaşında soyuq Bakı küçələrində deyil, öz isti evində gecələyəcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol