Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq

Dekabrın 1 və 2-də ölkə ərazisində növbəti geomaqnit qasırğası gözlənilir.
Bu barədə Anews.az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Məlumatda qeyd edilib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlandıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq.
"Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq”, - deyə məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























