• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gənc məktub yazıb evdən qaçdı - "Məni axtarmayın, geri dönməyəcəm" - VİDEO

Azərbaycanda gənc məktub yazıb evdən qaçdı - "Məni axtarmayın, geri dönməyəcəm" - VİDEO
01.12.2018 09:57
Siyəzənin Yenikənd ərazisində yaşayan 16 yaşlı Əlikram Fərzəliyev ailə üzvləri toyda olarkən evdən qaçıb.

Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə evdən çıxıb və bir daha geri qayıtmayıb. Evə yazıb qoyduğu məktubda isə onu axtarmamalarını və bir daha evə dönməyəcəyini bildirib. Hadisə Siyəzən rayonunun Yenikənd kəndində baş verib.

Oğlunun itməsi ilə bağlı "Xəzər Xəbər"ə müraciət edən atası İslam Fərzəliyev oğlu Əlikramın 5 gün öncə yoxa çıxdığını bildirir.


Atası deyir ki, oğlu Əlikram ailədə iki qardaşdan böyüyü olub və 9-cu sinifdən məktəbdən ayrılaraq təhsilinə davam etməyib. İslam Fərzəliyev oğlunun ailə daxilində heç bir probleminin olmadığını bildirib.

İslam Fərzəliyev oğluna müraciət edərək onun geri qayıtmasını xahiş edir.

İslam Fərzəliyev bildirir ki, 16 yaşlı Əlikram Fərzəliyev evdən çıxarkən əynində göy şalvar, göy kurtka, başında isə qara papaq olub. O, oğlunu görənlərdən Siyəzən rayon Polis şöbəsinə müraciət etməyi xahiş edir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol