• $
  • €
  • ₽
  • ₺
  • £

“Öldürsəydilər bundan yaxşı idi” - Evinə qız gətirən dostunu öldürən ömürlük məhkum -VİDEO

“Öldürsəydilər bundan yaxşı idi” - Evinə qız gətirən dostunu öldürən ömürlük məhkum -VİDEO
03.12.2018 14:10
ARB TV-nin "Rezonans” proqramının növbəti verilişi efirə gedib.

Anews.az xəbər verir ki, bu dəfə onun evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alan Cansail Həsənovun həyatı işıqlandırılıb.
Cansail Həsənov – Məhkum (Cəzası – Ömürlük həbs): "1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan dedi ki, tək deyiləm. Dedim yarım saatdı oturmusan burda, necə tək deyiləm. Dedi ki, qadındı. Ona qayıdıb demişəm ki, bura olmaz çıx get. Mübahisə düşdü. Söyüb danışmamışam, çıxartmışam çölə. Ağır söyüşlər söyüb, demişəm içkilidir, eybi yox. Yarım saatdan çox sakitləşdirə bilməmişəm. Əl atıb vurdu. Mən də özümdən asılı olmayaraq vurmuşam onu. Heç kimə sataşmamışam, heç kimin qarşısını kəsməmişəm. Evimin içində ağır söyüşlər söyüb. Kim dözər? Bir gün evdə baxıblar ona, bir gündən sonra xəstəxanada əməliyyat olub. 3-4 gün yaşayıb. Məhkəmədə bildim ki, qazlı su içib yaraları partlayıb. 3 gün ərzində hamıyla görüşüb sağollaşdım. Sonra evə gələndə gördüm ki, polis falan hamısı orada durub. Heç məni tanımayıblar. Siqaret falan çəkmişəm. Sonra dedim ki, mənim arxamca gəlmisiz? Dedilər nə yaxşı qaçmadın? Dedim hara gedəcəm? Getsəm yenə gəlməli olacam da! Onlarla çıxıb getmişəm. Cinayət məcəlləsində 15 ilədək idi. 18 il iş kəsmişdi. 18 il olmadığına görə mənə ölüm hökmü verdilər. Bu qədər ağır cəza olmamalı idi. Heç kimə də şikayət etmirəm. Nə deyim? Bilərəkdən öldürməmişəm. Mənim evim ona görə nədi? Həbsdə olduğum müddətdə atam, anam, 2 əmimi, cavan qardaşımı, dayımı, dayım oğlunu, 2 xalam oğlunu itirmişəm. O vaxt məni öldürsəydilər bundan yaxşı idi”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol