• $
  • €
  • ₽
  • ₺
  • £

Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular, sonra...” - ÖZƏL(VİDEO)

Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular, sonra...” - ÖZƏL(VİDEO)
03.12.2018 18:14
İki gündür ölkə gündəmini zəbt edən hadisə ilə bağlı fikirlər səngimək bilmir. Söhbət əri tərəfindən saçı kəsilərək videoya çəkilən qadının görüntülərindən gedir.
 

Məsələ ilə bağlı araşdırma aparan AZXEBER.COM görüntülərdəki qadının kimliyini müəyyənləşdirib.
 
Hazırda Mingəçevir şəhərində yaşayan Günel Mehdiyeva (ad şərtidir) keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini deyir. Onun sözlərinə görə, hazırda keçmiş həyat yoldaşı və onun qardaşları axtarışdadır.
 
Xanımın AZXEBER.COM-a verdiyi özəl müsahibəni təqdim edirik:


- Görüntülər nə zaman və harada çəkilib?
- Bu video Rusiyanın Stavrapol şəhərində çəkilib. Görüntülər bu ilin sentyabrın 20-də ayında balaca qaynım tərəfindən çəkilib.
 
- Görüntülərdən görünür ki, siz öncə döyülmüsünüz sonra saçınız keçəl qırxılıb. Buna səbəb nə idi?
- Həmin gün mən evdə idim. Yoldaşım demək olar ki, hər gün içib, evə gəlirdi. Həmin gün də evə içkili gəlmişdi. Sonra mənə təhqir edib, vurmağa başladı. Mən cavab qaytaranda qaynanam mənim saçlarımdan tutaraq otağa götürdü. Başıma çoxlu zərbələr vurmağa başladı. Daha sonra mən huşumu itirdim və məni lüt soyundurub şəkillərimi çəkdilər. Qaynanam həmin zaman saçlarımı kəsdi, ərim Həsənov Elnur isə mənim bədənimə bıçaqla xəsarətlər yetirdi. Üzərimdə siqaret kötüklərinin izi də var. Mən bunlarla bağlı bütün şəkilləri prokurorluğa təqdim etmişəm. Siz o videodan da görürsünüz ki, mən heç bir cavab vermirəm, susuram. Çünki özümdə deyildim, qaynanam dərman vermişdi.
 

- Keçmiş əriniz görüntülərdə sizin oğlanla görüşdüyünüzü və ona xəyanət etdiyinizi deyir. Həmin şəxs kimdir?
- Həmin şəxsi mən görməmişəm. Dediyi şəxs biz evlənmədən öncə mənim qız vaxtından yazışdığım birisi olub. Mən evlənəndən sonra heç kimlə əlaqəm olmayıb. Şəkildəki şəxs isə mənim xalamoğludur. Onlar sadəcə bunlardan istifadə edib məni pis çıxarmaq istəyirlər.
 

- Uşağınız indi haradadır?
- Qaynım uşağımı bizdən qaçıraraq Rusiyaya aparıb. Orada atasının yanındadır. Mən neçə aydır ki, uşağımı görmürəm. Artıq ərim də qayınlarım da axtarışdadır. Polis artıq onların evində axtarış aparacaq.
 

- Ərinizlə münasibətləriniz hər zaman belə pis olub?
- Mən 1994-cü il təvəllüdəm. 2013-cü ildə 19 yaşımda ərə verilmişəm. Elə o vaxtdan bu adamın zülmünü çəkirəm. Mən onun ikinci ailəsiyəm. Məndən öncəki ailəsindən 12 yaşlı bir oğlu var. İndi o xanım da mənə bu məsələdə dəstək olur və biz bir yerdə mübarizə aparırıq. Qaldı ki, münasibətimizə. Bəli, hər zaman pis olub. O həmişə gəzib, məni aldadıb. Heç bir zaman məni ailəsi olaraq görməyib. Mən ondan ayırılıb Mingəçevirə qayıtdım. Daha sonra anası və özü gələrək məndən üzr istədilər, geri çağırdılar. Getdim. Getməz olardım. Başıma bu işləri açdılar.


- Qızınızla münasibətiniz necədir?
- Qızım azyaşlıdır. Ona mənim haqqımda olmazın yalanlar danışırlar. Qızımı mənə qarşı nifrətlə doldururlar. Hətda mən prokurorluğa şəkillər də göstərmişəm. Qızıma bıçaq verib mənim bədənimə xəsarətlər yetirməsini istəyiblər. Bundan sonra sadəcə uşağımı onların əlindən geri almaq istəyirəm.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol