• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanlılar bir-birinin bəhsinə gedirlər" - Hadi Rəcəbli

"Azərbaycanlılar bir-birinin bəhsinə gedirlər" - Hadi Rəcəbli
06.12.2018 12:26
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilərin göndəriləcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Anews.az-ın məlumatına görə, komitə sədri "ölkə.az"a açıqlamasında deyib ki, bu cür addımlar otellərdə keyfiyyətli xidmətin aparılmasına dəstək ola bilər:

"Əlbəttə ki, bu cür addımlar keyfiyyətli xidmətin aparılmasına yönəlib. Bu yaxşı haldır".

H.Rəcəbli Azərbaycanın bütün dövlət qurumlarının turizmin inkişafına dəstək olmağa çağırıb:

"Bütün dövlət strukturları turizmin inkişafına dəstək olmalıdır. Yalnız belə olan halda Azərbaycandakı otellər ayaqüstə dayana və inkişaf edə bilərlər. Nəticədə isə orada turistlərin sayı arta bilər. Misal üçün yay aylarında otellərdə 2-3 ay çoxsaylı turistlər olur, amma digər aylarda bu olmur. Nəticədə də otellər 2-3 ayda qazandığı vəsaiti ilboyu özünü saxlamaq üçün sərf edir. Bütün bu problemlərin aradan qaldırılması vacibdir. Əsas məqsəd də odur ki, Azərbaycanda turizm inkişaf etsin, əməktutumlu iş yerləri yaradılsın. Bu gün əməktutumlu iş yerləri iki sahədə var. Bunlardan biri kənd təsərrüfatı, digəri isə turizm sahəsidir. Əgər biz rayonlarda iş yerlərinin sayını artırmaq istəyiriksə, o zaman turizmi inkişaf etdirməliyik".
Deputat qeyd edib ki, dünyada turizmi inkişaf etdirmək üçün səmərəli və geniş yayılmış formalar var:

"Bu gün Türkiyədə turizm mərkəzləri sayılan Bodrumun, Antaliyanın necə inkişaf etdirilməsinin səbəbləri var. Vaxtilə bu bölgələrdə bütün deklarasiya məsələlərini ləğv ediblər, 5 illik vergi güzəştləri edilib, dövlət tərəfindən bütün kommunikasiyalar çəkilib. Nəticədə isə bu gün Bodrum və Antaliya öz özünü ayaqda saxlaya bilir. Təbii ki, buna oxşar hallar Azərbaycanda da var. Ancaq bunun daha da çox olmazı vacibdir. Bu gün Azərbaycan turizm ölkəsi kimi inkişaf edir. Möhtərəm Prezidentimiz daim deyir ki, iki və üç ulduzlu otellərin sayı artırılsın, ölkəmizdə turizm daha çox inkişaf etdirilsin və sairə. Ölkədaxili turizmi inkişaf etdirmək lazımdır. Bununla bağlı ardıcıl işlər görülməlidir, otellərin dəqiq uçotu aparılmalıdır".

Azərbaycan əhalisinin istirahət üçün daha çox qonşu Gürcüstana üstünlük verməsi məsələsinə də toxunan H.Rəcəbli hazırda bu sahədə vəziyyətin dəyişdiyini söyləyib:

"Hazırda vəziyyət elə deyil. Bu gün Azərbaycanda turizm sahəsində yüksək xidmət və dövlət tərəfindən qayğı var. Amma bizim adamlarda bəhs-bəhs var ki, filankəs Gürcüstana və ya Bodruma gedirsə, mən də ora gedirəm. Gürcüstana üstünlük verənlərin də çoxu belədir. Bu gün Azərbaycan otellərində dünya standartlarına uyğun olan şərait var. Bütövlükdə Azərbaycanda xidmətin səviyyəsi Gürcüstandan heç də pis deyil. Hər bir ölkədə yaxşı və pis xidmətlər olur. Bəzən biz Avropa ölkələrinə, Türkiyəyə gedirik, orada da otellərdə pis xidmətlər görürük. Bu cür aşağı səviyyəli xidmətlər başqa dövlətlərdəki otellərdə də olur. Bizim məqsədimiz odur ki, Azərbaycanda turizmin səviyyəsi daha da yüksək olsun. Bunun üçün şərait və baza var. Möhtərəm Prezidentimiz də turizmin inkişaf etdirilməsilə bağlı vacib qərarlar verir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol