Vasif Talıbovdan mühüm fərman

Naxçıvanda Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb.
Anews.az-ın xəbərinə görə, bununla bağlı dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməsi təsdiq edilib. Eyni zamanda şuranın tərkibi təsdiqlənib.
www.anews.az
























