Keçmiş məhkum polisi ayağa qaldırdı

Dekabrın 12-də saat 18:00 radələrində "102 - Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs üç ədəd bomba qoyulması barədə məlumat verib.
DİN-dən Anews.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.
Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























