Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə reaksiya

Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov psixoloq Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib.
R.İbrahimov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib:
"Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm".
Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini bildirmiş və onu qatil adlandırmışdı.
www.anews.az
Son xəbərlər 
Daha çox 























