• $
  • €
  • ₽
  • ₺
  • £

Ana, oğul və nəvənin öldüyü hadisə ilə bağlı yeni faktlar

Ana, oğul və nəvənin öldüyü hadisə ilə bağlı yeni faktlar
17.12.2018 14:22
Ötən gecə Ağcabədi rayonunun Rəncbərlər kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar müəyyənləşib.

Publika.az xəbər verir ki, hadisə Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi "VAZ-2107” markalı avtomobillə ayonun Qiyaməddinli kəndindən Ağcabədi şəhərinə qayıdarkən baş verib. Belə ki, Qiyaməddinlidə qayınatasının evində qonaq olan Ş.Abdullayev geri qayıdarkən tanımadığı yola daxil olub. O, maşınla manevr edərkən nəqliyyat vasitəsi yola bitişik bitən söyüd ağacına çırpılıb.

Nəticədə Ş.Abdullayev və 4 yaşlı oğlu Rövşən hadisə yerində ölüb. 56 yaşlı anası Mətanət isə xəstəxanada vəfat edib.

Qəza nəticəsində daha 4 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

*****


Ötən gecə Ağcabədidə baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, rayonun rayonun Muğanlı kəndində "VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılmasə nəticəsində ağır xəsarət alan 56 yaşlı qadın xəstəxanada vəfat edib.

Hadisə zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Onların meyitləri əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri tərəfindən çıxarılıb.

Qeyd edək ki, ölənlər bir ailənin üzvüdür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol