• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici cizgi filmlərin təsirində qalan uşaqlar – VİDEO

Xarici cizgi filmlərin təsirində qalan uşaqlar – VİDEO
17.12.2018 21:00
İndiki uşaqların izlədiyi cizgi filmlər arasında nə "Cırtdan var, nə "Tülkü həccə gedir” nə də "Meşəyə insan gəlir”. "Tıq-tıq” xanımın dəvə çuxuruna düşdüyündən belə xəbərsizdirlər.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Bunların dövründə o filmlər onlar üçün artıq maraqsızdır. Yeniləmək lazımdır, çəkmirlər. Çəksələr niyə baxmasınlar”.

Sakin: "Bizdə hələ də qədimdə qalıb. Bunları inkişaf etdirsək bir az müasir dövrə görə, bəlkə uşaqların da marağı olar”.

Belə olan halda uşaqlar da bizim cizgi personajlarımızın əvəzinə Maşa, Ben Ten, Pepe kimi xarici cizgi qəhrəmanları tanıyır, sevilir və nümunə götürürülər.

Elçin Hami Axundov - Animasiya rejissoru: "Animasiya filmləri də hamısı xaricilərindir, türklərindir. Fikir verirəm uşaqlar türk sözlərindən çox istifadə edirlər”.

Hazırda uşaqları cəlb edən yerli cizgi filmlərinin olmamasının ən böyük fəsadı balacaların əksəriyyətinin ana dili əvəinə izlədikləri cizgi filmlərinin dilində danışmasıdır.

Gülşən Tofiqqızı – Yazıçı: "Cizgi filminə çox diqqət etmək lazımdır, çünki buna baxan auditoriya tamam başqa auiditoriyadır, görüb-götürən auditoriyadır”.

Azərbaycanın tele arxivində 150-dən çox cizgi filmləri var. Əvvəlki illərlə müqayisədə ildə 4-5 cizgi filmləri çəkilirdisə, növbəti illərdə bu göstərici ildə bir dəfəyə qədər enib.

Yeni cizgi filmlərinin çəkilməməsinin ən başlıca səbəbi isə maddiyyatla bağlıdır.

Elçin Hami Axundov - Animasiya rejissoru: "90-cı illərdə maaliyyə dəstəyi olmadı, biz artıq ildə güclə bir dənə film çəkirdik. Tələbələrim İsraildən tutmuş "Disney” studiyasında, Sankt Peterburqda, Moskvada, Fransada, Almaniyada, Türkiyədə işləyirlər. O tələbələr ki, animasiya kurslarını qurtardılar 90-cı illərdə mən onları işlə təmin edə bilmədim onlar bütün dünyaya səpələndilər. Onlar indi qalsaydılar əməlli-başlı filmlər çəkərdik biz”.

Gülşən Tofiqqızı - Yazıçı: "Yeddi dənə ssenari yazdım bu 3D-yə uyğun,təriflədilər, yenə qaldı. Nə mövzu verirlər inanırsız yazıram, deyirəm təki siz çəkəsiz. İstedadlı adamlar var, yaxşı ssenarilər də var, maaliyyə mənbəyi ən çətin mövzudur”.

Müsahiblərimizin təbirincə desək, nə qədər ki, magikanlar sağdır onlardan faydalanaraq yerli cizgi filmlərə təkar nəfəs verməyin əsl vaxtıdır. Əks halda istər dil, istərdə də mentalitet sarıdan xarici cizgi filmləri bizim "gələcəyimiz”i udacaq. Nə qədər gec deyil qarşısını almaq lazımdır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol