• $
  • €
  • ₽
  • ₺
  • £

“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik maşınları

“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik maşınları
18.12.2018 09:03

Ramazan Zeynalov: "İşdən çıxarılıb, amma cinayət işi...”

Son zamanlar adı ən müxtəlif qalmaqallarda hallanan Hacı Ramazan Zeynalovun oğlu işdən çıxarılıb. İctimaiyyət arasında "Hacı Mazan” kimi tanınan  Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini tuturdu.  Belə xəbərlər var ki, Bayram Zeynalovla bağlı qərarın verilməsi onun vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar olub. DİN-ə onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər göndərilib və nəticədə belə bir qərar verilib.

"Hacı Mazan” oğlu Bayram Zeynalovun Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edildiyini təsdiqləyib. Ramazan Zeynalov bakupost.az-a  açıqlamasında daxili işlər naziri Ramil Usubovun əmri ilə oğlunun işdən azad edilməsində qəribə heç nə olmadığını bildirib.

48370267_2212843172101744_3710598143105040384_n.jpg (45 KB)

İş adamı vəzifəsindən azad edilən B. Zeynalov barədə cinayət işi açıldığı barədə xəbərləri isə təkzib edib: "Elə bir şey yoxdur. Cinayət işi açılsa da, bunu cənab nazir, dövlət bilər”. Hazırda şəkər xəstəliyindən müalicə olunduğunu söyləyən Hacı Mazan mətbuatla təmasdan uzaq durmağa çalışdığını da vurğulayıb.

48359768_2212843225435072_1155562256658857984_n.jpg (46 KB)

Qeyd edək ki, Ramazan Zeynalov, onun oğlu və yaxınları 444 seriyalı dövlət nişanlı nəqliyyat vasitələrini idarə etməklə də ad çıxarıblar. Bayram Zeynalov işdən çıxarılandan və barəsində təhqiqat işinin aparılması xəbərləri yayılandan sonra sosial şəbəkələrdə ona məxsus olduğu bildirilən 2 avtomobilin - "Mercedes Galenvagen” və "Porsche Panamera”nın fotoları yayılıb. Həmin nəqliyyat vasitələrinin də fotolarını yaymaqla hər birinin qiymətinin 150 min manatı aşdığını da diqqətə çatdırırıq. Qeyd edək ki, hazırda "Hacı Mazan” barəsində də cinayət işi var. O, "Xəzər” televiziyasının əməkdaşlarına qarşı zorakılıq edib, onlara xəsarət yetirib. Bununla bağlı araşdırma aparılır.


"Yeni Müsavat”


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol