• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci ildə dilinin bəlasına düşən məmur və deputatlar - Onlar nə demişdi?

2018-ci ildə dilinin bəlasına düşən məmur və deputatlar - Onlar nə demişdi?
18.12.2018 15:39
Dilinin bəlasına düşən məmur və deputatlar - Elmar Məmmədayarov, Abel Məhərrəmov, Hadı Rəcəbli, Tahir Kərimli...

Yola salmaq üzrə olduğumuz 2018-ci il bir çox əlamətdar və üzücü hadisələrlə yanaşı həm də məmur və deputatların öz statusuna yaraşmayan açıqlamaları ilə yadda qaldı. Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən bu açıqlamalar kəskin tənqid olundu.

azxeber.com 2018-ci ildə dilinin bəlasına düşən məmur və deputatlarla bağlı araşdırma aparıb.

Bu ilin oktyabr ayında Xarici İşlər naziri Elmar Məmmədyarovun İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü zamanı söylədiyi fikirlər sosial şəbəkələrə ciddi müzakirələrə yol açdı.

Nazirin Azərbaycan dilində çox zəif danışması, onun 15 illik nazir fəaliyyəti boyunca ana dilimizi peşəkar səviyyədə öyrənməməsi kəskin tənqid olundu. Hətta məsələ o qədər ictimailəşdi ki, nazirin atası, akademik Məhərrəm Məhərrəmov mətbuata açıqlamasında oğlunun ingilis təmayüllü məktəbdə təhsil almasını, bu səbəbdən onun nitqində qüsurlar olduğunu bildirdi.

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlunun səfir olduğu İspaniya səfəri zamanı söylədiyi fikirlərin onun sonunu gətirdiyi iddia olunur.

Keçmiş rektorun səfər zamanı söylədiyi fikirlər sosial şəbəkələrdə ciddi müzakirə olundu. Onun sərxoş halda özünü öyməsi, müəyyən fikirlər səsləndirməsi nəticə etibarilə akademikin işdən azad olunmasına səbəb oldu.
 

 
Milli Məclisin deputatı Tahir Kərimlinin dövlət himnini dəyişməklə bağlı təklifi cəmiyyətdə sərt etirazla qarşılandı. Vəziyyət o qədər xaotik xarakter aldı ki, hətta deputatı xəyanətdə də ittiham etdilər.

Onun "Digər dövlətlərin himnləri 2 dəqiqədən artıq deyil, bizdə isə çoxdur” fikri ciddi təpki ilə qarşılandı. Baş verənlərdən təsirlənən deputat "Gör məni nə hala saldılar” söyləsə də, yenidən söylədiyi fikirləri müdafiə edən təkliflər səsləndirdi.
 
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin "180 manat ehtiyac meyarıdır” fikri sosial şəbəkələrdə ciddi müzakirələrə yol açdı.

Qocaman deputatın hər il bu cür "eksklüziv” informasiyalarla gündəmə gəlməsi cəmiyyət tərəfindən kəskin tənqid olundu. Düzdür, sonradan mətbuata açıqlamasında fikirlərinin təhrif olunduğunu söyləsə də, onun etirafı cəmiyyət tərəfindən səmimi qəbul olunmayıb.

Hadı Rəcəbli tənqidlərdən təngə gələrək deyib: "Məni söyməyin nəvələrim". 
 

 
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun türkiyəli müğənni Pətək Dinçözə torpaq verməsi barədə yayılan xəbərə icra başçısının "Petek ağzına gələni danışır, nə gəldi deyir” ciddi müzakirələrə yol açıb. Bu fikirlər qardaş ölkə mətbuatında da işıqlandırılıb. 

Dövlət vəzifəsi daşıyan məmurun hansısa şou adamına, özü də xarici vətəndaşa mülk bağışlaması, ardınca onu tanıyırmış kimi, "Petek xanımdı da, şou-biznes əhlidir” deyə hörmət ifadə etməsi sosial mediada ciddi tənqidlərə tuş gəlib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol