• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold” QSC tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir

“AzerGold” QSC tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir
19.12.2018 11:44
"AzerGold” QSC-nin yerli elm və təhsil ocaqları ilə əməkdaşlığı davam edir. Dağ-mədən sənayesi və yan sahələrdə mütəxəssislərin formalaşdırılması, peşəkar artımı, innovativ texnologiya və yanaşmaların araşdırılmasını, həmçinin ölkəmizin elmi potensialının dağ-mədən sənayesində tətbiqini nəzərdə tutan əməkdaşlıq çərçivəsində treninqlər təşkil olunur, təqdimat və tədbirlər keçirilir. Dekabrın 18-də "AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim – seminar keçirib. 

17-18 sentyabr tarixlərində "AzerGold” QSC-nin mütəxəssisləri üçün "ADA” Universitetində "Layihələrin idarəolunması" mövzusunda təlim təşkil edilib.  

Oktyabr ayı ərzində "AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün "Tikinti layihəsinin hazırlanması” mövzusunda treninq keçirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda təqdimat təşkil edib, həmçinin "ADA” Universitetində təşkil olunan "Qabaqcıl liderlik” adlı təlimlərdə iştirak ediblər.  

Noyabrın 15-də "AzerGold” QSC-nin insan resurslarının idarəolunması şöbəsinin əməkdaşları tərəfindən "ADA” Universitetində "Karyeraya ilkin addımlar" mövzusunda təqdimat keçirilib. Bununla yanaşı, "AzerGold” QSC dekabr ayının14-də Azərbaycan Texniki Universitetində təşkil olunan Karyera Sərgisində iştirak edib.    

Eyni zamanda, təhsil ocaqları ilə konkret nümunələr üzərində tədqiqat və araşdırmaların aparılması, həmçinin innovativ layihələrin hazırlanması və tətbiqi istiqamətində əməkdaşlıq davam edir. 

Qeyd edilənlərlə yanaşı, kadr potensialının möhkəmləndirilməsi məqsədilə "AzerGold” QSC tələbələr üçün təcrübə proqramları təşkil edir. Ümumilikdə, 2017 və 2018-ci illərdə "AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və "ADA” Universitetinin 60-dan çox tələbəsi təcrübə keçib. 
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol