• $
  • €
  • ₽
  • ₺
  • £

Qış depresiyası nədir və ondan qurtulmağın yolları

Qış depresiyası nədir və ondan qurtulmağın yolları
19.12.2018 20:30
Qışda soyuq və tutqun hava, gün işığının azlığı və hərəkətsizlik depresiyaya səbəb olur. Bəs qış depresiyasından necə qurtula bilərik?

 "Ölkə.Az” mövzu ilə əlaqədar oxucularına maraqlı yazını təqdim edir.

Payız və qış aylarında serotonin ve melatonin hormonlarının səviyyələrində dəyişikliklər baş verir. Bu hormonlar əhvala və yuxu rejiminə təsir edir. Gün işığının azalması, qaranlıq saatların artması melatonin hormonunun çoxalmasına, serotonin hormonunun isə azalmasına səbəb olur. Bu vəziyyət isə depresiyanı meydana çıxarır. 

Mövsümi depresiyaya meylli insanlarda bu daha çox üzə çıxır.

Depresiyaya düşən insanlar xoşbəxt olmur. Ama xoşbəxt olmamağınız depresiya əlaməti olmaya da bilər. Depresiya insana həm fiziki, həm də mənəvi olaraq təsir edir. Özünü xoşbəxt hiss etməmək isə tamamilə əhvalla bağlıdır. 

Qış depresiyasının əlamətləri hansılardır?
 
Qış depresiyası yaşayan insanlar, özünü daima məyus hiss edir və heç bir şeydən ləzzət ala bilmirlər. 

Bununla yanaşı çox tez ağlayır və əsəbləşirlər. İstəksizlik, sıxıntı, itirmə qorxusu və özünəqapanma meydana gəlir.  

Həmçinin yuxu rejimi və iştah da pozulur. 

Halsızlıq və yorğunluq isə qış depresiyasının fiziki əlamətləridir.  Bütün bunlarla yanaşı, qış depresiyası cinsi istəksizliyə də yol açır. 
 
Qış depresiyasından necə qurtulmaq olar?
Qış boyu gündüz saatlarında günəş şüası qəbul etmək böyük əhəmiyyət kəsb edir. 

Əgər pəncərəsiz və havasız ofisdə işləyirsinizsə, işdən sonra və həftəsonları açıq havada olmağa çalışın. 

Qida rasionunuza həftədə ən az iki dəfə balıq əlavə edin. Həmçinin bol maye və meyvə şirəsi də depresiyanın baş düşmənləri sayılır. 

Əgər mümkündürsə, günəşli və rahat bir yerdə qış tətili keçirin.

Yuxu rejiminizi dəyişdirin. 
Tez yatmaq enerjinizi bərpa edərək depresiyaya qarşı mübarizə aparmağınıza komək edəcək. 
Həftədə 3-4 gün məşq edin. Stabil məşq sizə dinc bir orqanizm və rahat yuxu təmin edəcək. 

İctimai fəaliyyətlərə qoşulun və hava necə olursa olsun, çölə çıxmağa çalışın. 

Əgər bütün bunlar depresiyadan çıxmağınıza kömək etməzsə, bir mütəxəssisə müraciət edin.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol