• $
  • €
  • ₽
  • ₺
  • £

“Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim” - İlyas İsmayılov

“Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim” - İlyas İsmayılov
20.12.2018 14:50
Bu günlərdə Türkiyədən yeni qayıtmışam. Nəvəmlə qısa da olsa, bir arada olmağın sevincini yaşadım. Qəribə hisslərdir. Anlatmaqda çətinlik çəkirəm. 

Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

O, bu mövzuda ətraflı danışa bilməyəcəyini bildirib.

"Əvvəllər nəvəmi görməyə gedəndə oğlum Etimad da aramızda olurdu. İndi isə... Çox çətindir... Danışa bilmirəm. Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim. Xahiş edirəm, bu barədə çox danışmayaq".

İlyas İsmayılov oğlunun qatili ilə bağlı geniş informasiyaya malik olmadığını söyləyib:

"Oğlumun qatilinə nə qədər iş veriləcəyini bilmirəm. Hazırda istintaq davam edir. Ona görə də nəsə deyə bilməyəcəm".

İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.

E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol