• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri:" Mirvari Qəhrəmanlıya qarşı kampaniyaya son qoyulsun"

Hüquq müdafiəçiləri:" Mirvari Qəhrəmanlıya qarşı kampaniyaya son qoyulsun"
21.12.2018 15:37
Azərbaycanın aparıcı hüquqmüdafiəçiləri Nüftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya qarşı  yerli mətbuatda yazılan təhqir xarakterli yazılara qarşı etiraz bəyanatı qəbul edib. Novella Cəfərova,  Arzu Abdullayeva,  Səidə Qocamanlı,  Səadət Bənənyarlı, Şəhla İsmayıl, Əvəz Zeynallı,  Elçın Məmməd, Hilal Məmmədov  və Əvəz Həsənov tərəfindən imzalanmış bəyanatda deyilir: 
 
 
"Bir neçə gündür ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri, hüquqmüdafiəçisi Mirvari Qəhrəmanlıya qarşı növbəti təzyiqlər vüsət alıb. Hüquqmüdafiəçisini aşağılayan, təhqir və böhtan xarakterli yazılar davamlı şəkildə mətbuatda dərc edilir.

Biz Mirvari xanıma qarşı yönəlmiş bu yazıları ona qarşə təzyiq hesab edirik. Mirvari Qəhrəmanlı tanınmış QHT rəhbəri kimi həmişə ölkədə insan hüquqlarının, o cümlədən neftçilərin hüquqlarının müdafiəçisi kimi çıxış etmişdir. O, SOCAR-ın fəaliyyətində yol verilən nöqsanları, korrupsiya faktlarını, ekologiyaya vurulan zərbələri daim gündəmə gətirib ictimailəşdirərək, monitorinq və araşdırma xarakterli hesabatlar hazırlayaraq mədən sənayesində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirmişdir.

Biz, hüquqmüdafiəçilər və vətəndaş cəmiyyətinin fəalları Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlıya qarşı hücumları pisləyir, bu təqibin təşkilatın fəaliyyəti ilə əlaqədar olduğunu nəzərə alaraq təşkilatın rəhbərinə qarşı aparılan təzyiq kampaniyasına son qoymağa çağırırıq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol