• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN Xidmətin sədri Ülvi Mehdiyevə daha bir vəzifə verildi - FOTO

ASAN Xidmətin sədri Ülvi Mehdiyevə daha bir vəzifə verildi - FOTO
21.12.2018 18:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclası keçirilib.

Bu barədə Anews.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə Agentliyin təsdiq olunmuş Nizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.


Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən DOST Agentliyi və "DOST” mərkəzlərinin yaradılması istiqamətində işlər davam edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan "DOST” layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, "bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.


Nazir Müşahidə Şurasının Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcəyini deyib. O qeyd edib ki, nizamnaməyə əsasən Agentliyin fəaliyyəti ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malik olan Şura Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyənləşdirəcək, habelə müvafiq sənədləri təsdiq edəcək.


İclasda DOST Agentliyinin və "DOST İş Mərkəzi”nin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə "DOST İş Mərkəzi” ilə bağlı təqdimatlarla çıxış ediblər.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol