• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil cihazlara görə ödənilən rüsumdan işçilərə də pul veriləcək

Mobil cihazlara görə ödənilən rüsumdan işçilərə də pul veriləcək
26.12.2018 09:51
Mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun müəyyən hissəsi müvafiq dövlət orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Anews.az-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Yeni təkliflərə əsasən, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq, müəyyən icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mobil cihazların qeydiyyatı sisteminin saxlanmasını təmin etmək üçün onun xəzinə hesabına köçürülür.

Vəsaitin qalan hissəsi isə dövlət büdcəsinə ödənilir. Vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında” qanuna əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib. Bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol