Narkotik satan şəxs iş başında yaxalandı

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyatlar davam edir.
Anews.az xəbər verir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi 2 kiloqramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























