• $
  • €
  • ₽
  • ₺
  • £

Beyni qidalandıran vitaminlər – SİYAHI

Beyni qidalandıran vitaminlər –  SİYAHI
28.12.2018 23:00
Orqanizmdə vitamin və mineralların çatışmazlığı təkcə daxili orqanlara yox, beyinə, zehnə də mənfi təsirini göstərir. Bİz adətən bütün orqanların qeydinə qalırıq, onları yoxladırıq, onların xəstələnməsini düşünürük, amma beyin yaddan çıxır. Elə düşünürük ki, beyinə heç nə lazım deyil. Amma beyin də yorulur, qocalır, xəstələnir, vitaminlərə, əlavə gücə ehtiyac duyur.

Medicina.az beyində vitamin çatışmazlığının səbəblərini təqdim edir.

Yaddaş zəifliyi, informasiyanın qəbul olunub, dərk edilməsində problem, diqqət yayğınlığı, unutqanlıq, dağınıqlıq, tormozlanma, yorğunluq, pis əhval ruhiyyə, oxumağa həvəssizlik, əsnəmə, yuxululuq və ya yuxusuzluq- bu simptomlar varsa beyniniz sizdən kömək istəyir. 

Vitaminlər beyin və orqanizm üçün aşağıdakı funksiyaları oynayır:

Kollagen sintez edir,  toxuma və damarların elastikliyini artırır, möhkəmləndirir, turşu-qələvi mühitini normallaşdırır, beyində qan və oksigen dövranını yaxşılaşdırır, metobolizmi sürətləndirir, zülal, yağ və karbohidratlardan enerji sintezini təmin edir. Antioksidant təsiri ilə hüceyrələrin qocalıb dağılmasının qarşısını alır.

Beynin aktivliyini təmin etmək üçün vitamin-mineral balansını izləmək lazımdır.

Hansı vitaminlər seçilməlidir?

A vitamini – beyin hüceyrələrini qoruyur, koqnitiv funksiyasının itirilməsini əngəlləyir, yaddaşı gücləndirir. Sarı-narıncı piqment verir. Beyin də bu rəngdədir. Bu piqmentin çatışmaması görmə orqanların patologiya yaradır, uşaqlarda boy və zehni inkişafı  zəiflədir. 

B – vitamini.  Bütün qrup xüsusən B 1 B 2 beyin üçün vacibdir. 

B1 enerji toplayır, B2 oksigenin udulmasını artırır, yorğunluğu götürür, B 3 damarları genişləndirir, qan dövranı üçündür, B 5 sinir impulslarını beyinə ötürür, metobolizm üçündür, B6  yeni hüceyrələr yaradır, ferment sintezini artırır, B9 – serotonin, adrenalin, dofamin kimi hormonların sintezi üçün, B12-xolesterini azaltmaq, damarları möhkəmlətmək, DNT sintezi üçün lazımdır. B qrup kombinasiyalı vitaminlər beyin hüceyrələrinin degenerasiyasının qarşısını alır, dəmirin yaxşı mənimsənilməsinə səbəb olur. Beyində bədxassəli şiş və kistlərin yaranmasının qarşını alır. 

D Vitamini – fosfor, kalsium kimi elementlərin mənimsənilməsi üçün lazımdır. D vitamini olmayanda beynin zehni qabiliyyəti az olur, inkişaf etmir, yaddaş pozulur, insanın ümumi əhvalı pis olur. 

K vitamini – yağ həll edən, parçalayan birləşmələr qrupunu təmsil edir. Bu vitamin damarların keçiriciliyi, qanı durulaşdırması və qovması üçün lazımdır. 
Çatışmayanda kalsium mənimsənilmir, qan dövranı pozulur, anmeziya başlayır, damarlar tıxanır. 

E vitamini – güclü antioksidant, qocalıq əleyhinə vitamin kimi beyni sərbəst radikallardan və toksinlərdən müdafiə edir, yaddaşın zəifləməsinin qarşısını alır. 

Omeqa 3- Alsgeymer xəstəliyi riskini azaldır, neproplastikaya təsir edir. 

Lazımi vitamin və maddələri siz qidalanma ilə də əldə edə bilərsiz. Əgər artıq vitamin defisiti çox ciddidirsə, problemlər varsa, o zaman həkimlə məsləhətləşərək hansl vitamin çatışmırsa, o vitaminin bioəlavədə və ya tablet kimi kursla qəbul edə bilərsiz.

Beyin üçün vacib qidalar:

Qoz, badam, moruq, böyürtkən, çiyələk, yumurta, tünd şokolad, kök, çuğundur, dəniz kələmi, yağlı balıq, toyuq əti, hind quşu, İspanaq, mərci, lobya, su
Olmaz: qəhvə, içki, yağlı, qızarmış, un məmulatları, nikotin.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol