Bakıda güclü küləyin fəsadları – FOTO

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Bakıda bir sıra fəsadlar törədib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Anews.az-a verilən məlumata görə, külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.
Agentliyin əməkdaşları aşan lövhəni ərazidən kənarlaşdırıblar.

www.anews.az
Son xəbərlər 
Daha çox 























