• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sahibsiz itlər bina sakinlərini evə "həbs etdilər" - VİDEO

Bakıda sahibsiz itlər bina sakinlərini evə "həbs etdilər" - VİDEO
05.01.2019 11:18
Hövsan qəsəbəsində yaşayan sakinlər sahibsiz itlərin çox olmasından şikayətlənirlər. Qəsəbədə sahibsiz itlər o qədər çoxdur ki, hətta bəzi hallarda sakinlər binalarından çıxmaqda çətinlik çəkirlər. Ən böyük təhlükə isə sözsüz ki, uşaqlaradır.


Anews.az  xezerxeber.az-a istinadən məlumatına görə, sahibsiz itlər sakinləri evlərinə "həbs edib".


Görüntülər Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayış binalarının birinin qarşısında çəkilib. Binanın qarşısına yığışan onlarla sahibsiz it bloka girişi bağlayıb və ordan heç kimin çıxmasına imkan vermir.


Qəsəbə sakinləri itlərin əlindən cana doyduqlarını deyirlər.




İtlər təkcə binaların həyətlərində yox, qəsəbənin mərkəzi parkında istirahət edənlərə də təhlükə yaradır. İtlərin əsas hədəfi isə parkda oynayan azyaşlılardır.


Sakinlər dəfələrlə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq hələlik heç bir nəticəsinin olmadığını deyirlər. Ərazi üzrə 104 saylı Mənzil İstismar Sahəsinin rəsmiləri də itlərlə bağlı sakinlərdən onlara müraciət daxil olduğunu təsdiqlədilər.


Sakinlərin istəyi sahibsiz itlərin qısa zamanda ərazidən uzaqlaşdırılmasıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol