• $
  • €
  • ₽
  • ₺
  • £

Üç ölkəni üz-üzə qoyan Rza Zərrab işi niyə uzanır?

Üç ölkəni üz-üzə qoyan Rza Zərrab işi niyə uzanır?
07.01.2019 12:34
Qabil Hüseynli: "Rza Zərrab Amerikanın əlində bir alətə çevrilib”

Üç ilə yaxındır ki, Amerikada həbsdə olduğu deyilən Rza Zərrab məsələsi öz həllini tapmır. Son zamanlarda isə bu məsələ demək olar dünya gündəmindən belə düşüb. Bütün bunlar ciddi suallara yol açır. Birləşmiş Ştatların İran əsilli Türkiyə vətəndaşından adı çəkilən hər iki ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi barədə fikirlər daha çox səslənməkdədir.

Hazırda onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilir. R.Zərraba qarşı münasibətin qəfil dəyişməsinin təsadüfi olmadığı vurğulanır. İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qeyri-qanuni yollarla yan keçməkdə ittiham Zərrabın istintaq zamanı Amerika üçün vacib olan məlumatları bu ölkənin istintaq orqanına açıqladığı ehtimal edilir. Bu il R.Zərrab işinin yekunlaşacağı proqnozlaşdırılır. Onun azad edilə biləcəyi yönündə fikirlər az səslənmir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli məsələni "Yeni Müsavat”a bu cür şərh etdi: "Rza Zərrab məsələsi artıq Amerika üçün bəllidir. O, istintaqın ilk vaxtlarında istintaq aparan orqanlarla əməkdaşlıq etməyə başladı. Bunun üçün hətta rəsmi formada razılıq ərizəsi təqdim etdi. Məhz onun söylədikləri əsasında Türkiyədən İrana uzanan valyuta əməliyyatlarının ümumi marşrutu müəyyənləşdi. Bu marşrutda da əsas tənzimləyici rolu "Xalq Bank”ın oynadığı ortaya çıxdı. Nəticə etibarı ilə bankın icraçı direktoru Hakan Atilla haqqında sanksiya verildi. Atilla da Amerikaya səfərlərinin birində həbs edildi. O, hazırda həbsxanadadır. Rza Zərrabla bağlı məncə, prokurorluq istintaqı yekunlaşdırıb. Çünki onun söylədikləri fikirlər əsasında ciddi dəlillər əldə edilib. Məsələn, İranın qızıl ehtiyatının Afrikadakı ölkələrdən birinin adı ilə Türkiyəyə gətirilməsi və həm Türkiyənin, həm də Səudiyyə Ərəbistanın qızıl bazarlarına xırıd edilməsi, nəticə etibarı ilə təxminən 80 milyard avro məbləğində valyuta ehtiyatının "Xalq Bank” vasitəsilə İrana transfer edilməsi haqqında ciddi faktlar əldə olunub. Bu işdə təbii ki, baş fiqur Rza Zərrabdır. Onun dedikləri əsas götürülür. Zənnimcə, o Amerikaya getdiyi zaman baş verə biləcəkləri nəzərə aldığından söylədiklərini sübut edə biləcək müəyyən dəlillərə sahibdir. Bu nöqteyi-nəzərdən Rza Zərrab artıq Amerikanın əlində bir alətə çevrilib. O artıq neçə vaxtdır ki, göz altında olsa da, həbsxana həyatı yaşamır. Boşandıqları deyilən Ebru Gündeş və onun rəfiqələrinin Amerikaya getmələri və orada məşhur restoranların birində Rza Zərrabla görüntülərinin yayılması onu deməyə əsas verir ki, Rza Zərrab kifayət qədər sərbəst həyat tərzi keçirir. O demək olar ki, tam şəkildə sərbəst olmasa da, həbsxana rejimindən uzaqlaşmış şəraitdə yaşayır. Onun qoluna elektron izləyici qoyaraq azad sürətdə bir mənzil kirayə edib, orada azad şəkildə yaşamasına icazə verə bilərlər. Bu gün demək olar ki, Rza Zərrab Amerikanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Bu səbəbdən də, əməkdaşlığı müqabilində onun üçün müəyyən edilmiş həbsxana rejimi xeyli yumşaldılıb. Hətta o bir müddətdən sonra tamamilə azadlığa da buraxıla bilər. Amma Xalq Bankın icraçı direktorunun həbsdən azad edilməsi Türkiyə hökuməti səviyyəsində Amerika ilə danışıqların predimeti olsa da, hələ ki bir nəticəyə gəlinməsi mümkün olmayıb. Onun haqqında qaldırılmış olan iddialarla ona 20 ilə qədər həbs cəzası kəsilə bilər. Burada məsələnin yubadılmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, hələ ki bu məsələnin siyasi amilə çevrilməsi üçün əlavə detallara görünür ehtiyac var. Çünki bu son nəticədə həm Türkiyəyə, həm də İrana qarşı əsaslı bir iddianın irəli sürülməsinə hazırlıq prosesinin getdiyinə işarə edir. Türkiyə İrana qarşı sanksiyalara qoşulsa da, sanksiyalarla bağlı müəyyən addımlar atıb və bu addımlar faktiki olaraq, Türkiyənin üzərinə götürdüyü öhdəlikləri pozub. Bütün bunlar tam şəkildə siyasi ittiham halına gəlməyib. Amma hər halda bu məsələ istiqamətində hazırlıqlar gedir. Bu məsələnin hansısa bir zaman intervalında həm Türkiyəyə, həm də İrana qarşı çevrilə biləcəyi istisna olunmur”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol