• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda arvadını və 4 qızını öldürüb basdıran ata ilə oğuldan xəbər var

Azərbaycanda arvadını və 4 qızını öldürüb basdıran ata ilə oğuldan xəbər var
07.01.2019 18:57
Əvvəl dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib...
 
 
Ailə üzvlərinin öldürən ata ilə oğulun apellyasiya məhkəməsi keçirilib.

 
Anews.az "AzNews.az”a istinadən xəbər verir ki, 4 qızını və arvadını öldürən Fərhad Əliyev və oğlu Fəqan Əliyev barəsində Lənkəran Ağır Cinayətlər məhkəməsində çıxarılan ömürlük azadlıqdan məhrum etmə hökmü Şirvan Appellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun sədrliyi ilə keçən prosesdə qüvvədə saxlanılıb.
 
Qeyd edək ki,hadisə 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsi adlanan ərazisində baş verib. Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkarlanıb.
 
Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
 
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Mehparə Əliyeva və qızları – Rəqibə, Sevda, İradə və Ümidənin M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyən edilib. Bu işdə isə ona oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev də kömək edib. Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.
 
Qətli törədən şəxs - ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını "ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.
 
Məlum olub ki, "manyak” ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol