• $
  • €
  • ₽
  • ₺
  • £

Arvadını yandırmaq istəyərkən, səhvən oğlunu öldürdü - Ömürlük məhkumun həbsxana hekayəsi

Arvadını yandırmaq istəyərkən, səhvən oğlunu öldürdü - Ömürlük məhkumun həbsxana hekayəsi
14.01.2019 15:56
ARB TV-nin "Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.

Anews.az ömürlük məhkumun həbsxana hekayəsini təqdim edir.

Lazimat Vəliyev – Məhkum (Cəzası: Ömürlük həbs): "Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim. Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim. Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər? Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik. Mənə 15, digərlərinə də 8 il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də 4 il çıxdılar. Xanımımı istəyib qaçırtmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum. Elə oldu ki, dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır? Dükan sahibiylə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxartdım pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracam. Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədi. Saat 1 olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim biraz. Həmin gün də yağış yağırdı. Saata baxdım ki, 3-ə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım. Bilsəydim ki, oğlum oradadır etməzdim. Oğlum da orada idi. Rusiyaya getdim. 1 ay işləyəndən sonra dayana bilmədim qayıtdım. Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib. Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq. Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi. Dedi ki, paltarları görürsən də? Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq. Dedim onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol