• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib

Dövlət Komitəsində Kəlbəcərin işğalının ildönümü qeyd edilib
02.04.2019 18:22
Aprelin 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Kəlbəcər rayonundan olan ziyalılar, Qarabağ müharibəsi veteranları, ictimai fəallar, həmçinin Aprel qazilərindən bir qrupu iştirak edib.

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kəlbəcərin təcavüzkar Ermənistan tərəfindən işğalına imkan yaradan hərbi-siyasi səbəblər haqqında danışıb, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin naşı və səriştəsiz idarəçiliyi nəticəsində ölkədə bütün sahələrdə dərin böhran yarandığını qeyd edib. Hətta belə bir vəziyyətdə yerli vətənpərvərlərin öz doğma yurdlarını qəhrəmanlıqla müdafiə etmələrinə baxmayaraq, xaricdən dəstək alan ermənilər rayonu uzunmüddətli döyüşlərdən sonra rayon ərazisini işğal edə biliblər. Kəlbəcərdə erməni vəhşiliyinin tarixçəsi 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban və Çayqovuşan kəndlərinə qəfil hücumla başlayıb. Burada əhaliyə amansız divan tutulub, onlar işgəncələrə məruz qalıb. Ermənistan silahlı dəstələri 1993-cü il martın 27-də geniş miqyaslı hücuma keçərək aprelin 2-də rayonu tamamilə işğal ediblər. Başlıbel kəndinin 62 sakini isə işğaldan sonra üç aydan artıq müddətdə mühasirədə qalaraq dağlara sığınıblar. Onlardan yalnız 30 nəfəri sağ qalıb.

Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək Təhlükəsizlik Şurasının digər 3 qətnaməsi kimi, bu qətnamə də yerinə yetirilməyib.

Kəlbəcərin 60 min nəfər əhalisi hazırda respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb. Onlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində kəlbəcərli didərginlərin də mənzil-məişət şəraiti, maddi vəziyyəti yaxşılaşdırılır. Anım tədbirində çıxış edən kəlbəcərli ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərlərinə minnətdarlıq bildiriblər.

Azərbaycan Ordusunun Aprel zəfərinin 3-cü ildönümünə təsadüf edən anım tədbirinin iştirakçısı olan qazilər isə silahdaşları ilə birgə bu zəfərin qazanılmasında göstərdikləri şücaətlərdən söz açaraq deyiblər ki, Ali Baş Komandanın əmrini gözləyən qəhrəman əsgər və zabitlərimizin torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdırlar. 
Sonda Kəlbəcərə həsr olunmuş film nümayiş etdirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol