• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb

“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
23.04.2019 09:02
Ölkənin ən gənc mobil operatoru "Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq "Formula-1 Azərbaycan Qran-Prisi" yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb. 

Belə ki, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini müəyyənləşdirib. Yarış ərazisi və tədbir məkanlarında şəbəkə tutumu maksimum optimallaşdırılıb, yüksəkkeyfiyyətli internetdən kəsintisiz istifadə imkanını təmin etmək üçün 225Mbps-dək sürət təqdim edən 4G (LTE-A) şəbəkə tutumu quraşdırılıb. Dənizkənarı bulvar ərazisində yeddi mobil stansiya yaradılıb ki, bu stansiyaların yeri şəbəkə analizləri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sorğularına əsasən təyin edilib. 

Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq "Nar” əməkdaşları şəbəkəyə nəzarət edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. "Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.     

Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı "Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilərlər.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol