• $
  • €
  • ₽
  • ₺
  • £

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
23.04.2019 12:19
Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən "Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirdi. Mobil operator Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompyuterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri və bu qəbildən olan digər kitablar daxildir. Qeyd edək ki, kitablar Azərbaycan, Rus və İngilis dillərindədir. "Nar”-ın hədiyyə etdiyi kompyuterləri məktəblilər həm informatika dərslərində, həm də elektron kitabxana kimi istifadə edə biləcəklər. "Nar”-ın bu aksiyası haqqında daha ətraflı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=e6lktt9yxsY&feature=youtu.be


"Nar” Ümumdünya Kitab Günü ilə əlaqədar məktəbləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Ötən il mobil operator Bakıda yerləşən internat məktəblərindən birinə kitablar hədiyyə etmişdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir. 

Qeyd edək ki, 23 aprelin hər il Ümumdünya Kitab Günü kimi qeyd edilməsi ilə bağlı qərar 1995-ci ildə UNESCO tərəfindən qəbul edilib. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas məqsədi həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır.

Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması "Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. "Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.     

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol