• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdəki “Azərbaycan” İES yenidən qurulur - VİDEO

Mingəçevirdəki “Azərbaycan” İES yenidən qurulur - VİDEO
23.04.2019 14:06
Ötən ilin iyul ayında baş verən qəza nəticəsində enerji sistemin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduğu üçün ölkə Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir.

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və Respublikada elektrik enerjisinə olan tələbatın 43%-ni təmin edən 8 bloklu "Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

Bu barədə  "Azərenerji” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bu günə qədər "Reabilitasiya Proqramı” çərçivəsində Azərenerji "ASC” tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və  nəticəsində 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. 

Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb.

Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 

"Azərbaycan” İstilik Elektrik Stansiyasında yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisi perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda isə tam yekunlaşıb. Bununla yanaşı soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma işləri yekunlaşmaq üzrədir.

Ölkənin ən böyük 500 kilovoltluq Açıq Paylayıcı Qurğularından biri məhz "Azərbaycan” İstilik Elektrik Stansiyasıda yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq Açıq Paylayıcı Qurğudan 330 kilovoltuq Açıq Paylayıcı Qurğunun İdarəetmə mərkəzinə kabel xətləri ücün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafızə binası əsaslı təmir olunur.

Ümumilikdə, "Reabilitasiya Proqramı” çərçivəsində "Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub.

Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. 

Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə "Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol