• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 60 nəfərin yoluxduğu dəhşətli xəstəlik

Azərbaycanda 60 nəfərin yoluxduğu dəhşətli xəstəlik
24.04.2019 09:46
Əyilən barmaqlar, itirilən hissiyat, hər tərəfi yara və çürüyən bədən… Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi..

Cüzam deyəndə gözümüzün qarşısında təxminən belə bir xəstəlik canlanır. Əsrlərdir insanların qorxub, çəkindiyi bu xəstəlik günümüzə qədər gəlib çıxan ən dəhşətli infeksiya hesab olunur. Cüzam insanda yaranan xroniki infeksion xəstəlikdir. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdı. Xəstəlik 3000 illik tarixə malikdir. Hazırda ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanlar var. 

Bu xəstəlik keçici olduğundan insanlar cüzam adı gələndə diksinirlər.

Yəqin elə buna görə xəstəliyin daşıyıcılarını çox zaman valideynləri, ən yaxın qohumları da qəbul etmir, onunla adi təmasdan da çəkinirlər. 

Xəstəlik haqqında və yaranma səbəbləri barədə respublikanın baş dermatoloqu Zülfüqar Hacıyev Modern.az-a danışıb

"Azərbaycanda cüzam xəstələri üçün xüsusi xəstəxana fəaliyyət göstərir. Hazırda Respublika Cüzam  Xəstəxanasında 50-60 arası xəstə müalicə alır. Xəstəliyi yüngülləşdirmək üçün davamlı müalicələr aparılır. Lakin cüzamdan birdəfəlik qurtulmaq mümkün deyil. Bu xəstəlik əsasən pis qidalanma, avitaminoz, antisanitariya şəraitdə yaranır. Xəstəliyin törədicisi vərəm xəstəliyinin törədicisi ilə oxşardır. Xroniki xəstəlik hesab olunur və müxtəlif tipləri var. Lepramatoz cüzam ən ağır növ hesab olunur. Xəstəlik yoluxucudur. Uzunmüddətli kontakdan yaranır. Əsasən boğaz nahiyyəsində, ağızın selikli qişasında xəstəliyin ocaqları yerləşir. Ailə üzvlərinin biri xəstəlik daşıyıcısıdırsa, digər üzvlərə də hava vasitəsilə keçə bilər. Xəstəlik qadın və kişilərdə eyni miqdarda rast gəlinir. Adətən xəstəlik orta yaşlı insanlarda daha çox aşkar edilməkdədir ”.

Mütəxəssislər deyirlər ki, bu xəstəlik sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır.  

İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur. Ağrılar o dərəcədə olur ki, xəstələr tərkibində narkotik maddə olan dərman preparatlarından istifadə edirlər. 

Cüzam xəstələri ilə işləmək də həkimlər üçün riskli hesab olunur. Həkimlər deyirlər ki, xəstəlik təzə başlayanda özünü biruzə vermir, yoluxmadan 5, bəzən 15, 20 ildən aşkarlanır. Xəstəliyin üzə çıxması insanın immun sistemindən asılıdr.

Azərbaycanda yeganə Cüzam Xəstəxanası Bakının Qaradağ rayonu ərazisindəki Umbakı qəsəbəsinin yaxınlığında yerləşir. Burada müalicə olunan və elə xəstəxana ərazisindəcə yaşayan cüzamlı xəstələr dərmanla pulsuz təmin edilirlər.
Bu xəstəlikdən əziyyət çəkənlərin psixikasında da dəyişikliklər olduğundan onlara qulluq etmək çox çətindir. 

Cüzam insanı hər bir yaşda yaxalaya bilər – uşaq da, gənc də, yaşlı da cüzamdan sığortalanmayıb. Xəstəliyə yoluxanlar cəmiyyətdən, yaxınlarından təcrid olunmuş şəraitdə - Cüzam Xəstəxanasında yaşayır, elə burada da dünyasını dəyişirlər.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol