• $
  • €
  • ₽
  • ₺
  • £

"Yeganə" şadlıq sarayının rəhbəri məhkəmədə ifadə verib

"Yeganə" şadlıq sarayının rəhbəri məhkəmədə ifadə verib
24.04.2019 12:08
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Anews.az "Report"a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş qismində Akif Rəhimov ifadə verib.

Elan olunub ki, A.Rəhimov daha əvvəlki məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İş adamı dindirilən zaman bildirib ki, təqsirləndirilən E.Babayevə 52500 manat pulu hüquqi yardım üçün verib. O, həmin pulun qarşılığında oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı ittihamını rədd edib.

Təqsirləndirilən E.Babayev də A.Rəhimovun dediklərini təsdiq edib.

Məhkəmənin növbəti iclası gələn həftə davam etdiriləcək.

İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, "Yeganə"şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol