• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək

Bu sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sürətləndirəcək
24.04.2019 22:30
2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub.

Anews.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Aysel Fərziyeva Trend-ə açıqlamasında məlumat verib.

Bildirib ki, müraciətlərdən 147-i "ilkin istehsal", 553-ü "istehsal (emal)", 17-i "qablaşdırma", 27-i "saxlanma", 3-ü "daşınma", 441-i "topdan satış", 2636-ı "pərakəndə satış" və 819-u "ictimai iaşə" fəaliyyət istiqaməti ilə bağlı olub.

Sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib. Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.

Qurum rəsmisinin sözlərinə görə, mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək:

"Qeydiyyatın elektron qaydada həyata keçirilməsi sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi prosesini daha da sürətləndirəcək. Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və fəaliyyətlərini qida təhlükəsizliyinə dair norma və qaydaların tələbərinə uyğunlaşdırmağa çağırır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol