• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikaya məşhur olmaq arzusu ilə gələn sehrbaz həmyerlimiz

Amerikaya məşhur olmaq arzusu ilə gələn sehrbaz həmyerlimiz
03.05.2019 10:38
Televiziya çıxışlarına görə 21 dəfə məşhur "Emmy Awards” mükafatına layiq görülən, on bir dəfə adı Ginnesin Rekordlar Kitabına düşən, Hollivudun şöhrət aleyasında öz ulduzu olan, ABŞ-ın Konqress Kitabxanasının "Yaşayan Əfsanə” adlandırdığı, Fransa hökumətinin "Cəngavərlik” titulu verdiyi, dünyanın ən məşhur sehrbazı Devid Koperfildin vətəni Amerikada sehrbaz kimi özünü təqdim etmək insandan böyük cəsarət tələb edir. Hələ ki, təyyarəni, vaqonu yox edə, Çin səddini yarıb keçə bilməsə də bir sıra uğurlara imza atmağı bacarıb. Zarafat deyil, cəmi bir ildir ABŞ-da yaşadığına baxmayaraq, artıq Devid Koperfildin də üzv olduğu "The Society of American Magicians” cəmiyyətinə üzv seçilib…

…Atası Ağalar Canqudov Qəbələ rayonunda yaşayır, ixtisasca mühəndisdir. Hazırda təqaüddədir. Anası Rahilə xanım isə evdar qadındır…

Haqqında söhbət açdığım Rəşadət Canqudov milliyətcə ləzgidir. 1988-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. 2005-ci ildə orada 3 saylı orta məktəbi rus dilində bitirib. 2006-2007-ci ildə hərbi xidmətdə olub. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində qiyabi təhsil alıb. Eyni zamanda 2008-ci ildən 2018-ci ilədək otellərdən birində çalışıb. O, burada sıravi işçidən gecə növbəsinin meneceri vəzifəsinədək yüksələ bilib. 2018-ci ildən ABŞ-ın Virciniya ştatının Feyrfəks şəhərində yaşayır.

…Ömür-gün yoldaşı Tünzalə xanım ixtisasca roman-german dilləri üzrə filoloqdur. Hazırda Feyrfəks şəhərindəki uşaq bağçalarından birində tərbiyəçi müəllim işləyir. Üç yaşında Ramal adında bir oğlu vardır…

2010-cu ildən Beynəlxalq İllüzianistlər Cəmiyyətinin üzvüdür. Əsasən sehrbazlığın mental, səhnə və mikromagiya janrlarıyla məşğul olur. ABŞ-a gəlişindən qısa müddət keçməsinə baxmayaraq tez-tez müxtəlif tədbirlərə dəvət alır…

Deyir ki,- "Uşaq vaxtlarından bu sənətə həvəsim var idi. Axtarıb Azərbaycanın məşhur illüzianisti Tofiq İsgəndərlini tapdım və ondan dərs aldım. O, mənim bu sənətdə ilk müəllimim olub. Bundan əlavə hər il Rusiyaya gedir, sehrbazlıqla bağlı ödənişli seminarlarda iştirak edirdim. "Green Card” udandan sonra qərara gəldim ki, ABŞ-a köçüm. Burada mənim sənətimə böyük dəyər verirlər”…

Bu il Las Veqasda keçiriləcək sehrbazların ənənəvi yarışına qatılmağa hazırlaşır. İstəyir ki, sənəti ilə amerikalıların diqqətini özünə cəlb etsin. Söylədiyinə görə, imkanı yol verəndən sonra Azərbaycana qayıdıb, gənc illüzianistəlrin məktəbini yaradacaq. Dünya ədəbiyyatını, o cümlədən psixologiya haqqında kitabları mütaliə etməkdən yorulmayan bu sehrbaz həmyerlimizi dinlədikcə, sanki sehrli bir aləmə düşmüşdüm. Həmin aləmdə hər şey nağıllarda olduğu kimi idi. 
Kim bilir, bəlkə də Hollivudun şöhrət aleyasında nə vaxtsa onun da adına bir ulduz olacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol