• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sevgilisi ilə öpüşən oğlanı amansızlıqla öldürdülər - YENİ XƏBƏR

Bakıda sevgilisi ilə öpüşən oğlanı amansızlıqla öldürdülər - YENİ XƏBƏR
03.05.2019 10:43
2015-ci ildə Nərimanovda qətl törətmiş 1991-ci il təvəllüdlü Həsənzadə Kamran Rövşən oğlu Ali Məhkəməyə müraciət edib. 

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində 16 il müddətinə həbs qərarı çıxardığı Kamran Həsənzadə işə düzgün baxılmasını, barəsində açılmış cinayət işinin maddəsinin dəyişdirilməsini xahiş edib. Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq məqsədi ilə adam öldürmə maddəsi ilə məhkum edilmiş gəncin işinə Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib. Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan qadının mənzilinə Nazim Ələkbərli sevgilisi Aytəni ötürüb.

Həmin zaman Nazim Ələkbərli blokda Aytəni qucaqlayaq öpüb. Sonra oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə getmək istəyib.Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını deyib.

Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.

Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab verib. O, Kamrana "bu vaxt anan, bacın blokda nə gəzir?” - deyib. Bu zaman onların mübahisəsi böyüyüb. Həmin vaxt Nazim Ələkbərli tapança gətirəcəyi ilə Kamran Həsənzadəni hədələyib, beysbol bitası ilə ona xəsarət yetirib. Nazim Ələkbərlinin bu hərəkətindən əsəbiləşən Kamran Həsənzadə onu qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparıb. Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol