• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Təhlükəsizliyi Xidməti “Heydər zirvəsi”nə yürüş təşkil edib

Dövlət Təhlükəsizliyi Xidməti “Heydər zirvəsi”nə yürüş təşkil edib
03.05.2019 15:40
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Heydər zirvəsi"nə yürüş təşkil edib.

Anews.az xəbər verir ki, DTX-dən Trend-ə verilən məlumata görə, "Heydər zirvəsi"nə yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib.

Yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakı şəhərindən müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan "Heydər zirvəsi"nə yürüşə başlanılıb.

Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.

Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 2-də "Heydər zirvəsi"nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və zirvədə Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol